“Qəbələ”nin gücü 1-ə çatdı – ANTALYADAN FOTOREPORTAJ

25 Yanvar 2022 02:40 Qəbələ 708
“Qəbələ”nin gücü 1-ə çatdı – ANTALYADAN FOTOREPORTAJ

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyə toplanışı çərçivəsində sonuncu sınağına çıxıb.

Antalyadakı üçüncü qarşılaşmada rəqib Çexiya “Bohemians”ı olub. Baş məşqçi Elmar Baxşıyev bu matçda aşağıdakı “11-liy”ə şans verib:

Nicat Mehbalıyev, Ehtiram Şahverdiyev, Məqsəd İsayev, Ruan Renato, Kamal Mirzəyev, Asif Məmmədov, Murad Musayev, İsnik Alimi, Ülvi İskəndərov, Rafael Utziq, Fernan Lopez.

Görüş qarşılıqlı hücumlarla keçib. İlk yarıda hesabı açan çexiyalılar 2 dəfə fərqlənib. Fasilədə və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub.

“Qırmızı-qaralar” bu qollardan birinin əvəzini çıxıb - İsnik Alimi fərqlənib. Çexiya təmsilçisi görüşün sonralarında daha bir qol vuraraq, 3:1 hesablı qələbə qazanıb.

Bu oyunla toplanışı başa vuran “Qəbələ” daha öncə Polşa “Zaqlembe”si (1:2) və Şimali Makedoniya “Boreç”i (1:0) ilə də görüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM