"Qəbələ"dən kapitanla bağlı qalmaqala reaksiya: “Özü ilə nəsə danışmağa ehtiyac yoxdur”

18 Oktyabr 2021 17:00 Qəbələ 1 307
"Qəbələ"dən kapitanla bağlı qalmaqala reaksiya: “Özü ilə nəsə danışmağa ehtiyac yoxdur”

Premyer Liqanın 7-ci turunda "Zirə"ni qəbul edən "Qəbələ" 1:1 hesablı bərabərliyə razılaşdı.

Matçın 74-cü dəqiqəsində bölgə klubunun kapitanı Asif Məmmədovun hərəkəti isə hamını şoka saldı.

Belə ki, yarımmüdafiəçi Ehtiram Şahverdiyevlə əvəzlənməsinə etiraz olaraq, qolundakı sarğını çıxararaq yerə çırpdı.

Məmmədovun etdiyi hərəkət gözlənilməz oldu. Çünki onun kapitanlığı haqqında hər zaman xoş fikirlər eşitmişik. Məsələ ilə bağlı klubun baş meneceri Zaur Əzizovla danışmağı lazımt bildik.

O, Sportinfo.az-a açıqlamasında bunları dedi: "Asif Məmmədovla bağlı olan kadrda bəlkə də əvəzetməyə olan etiraz görüntüsü var.

Amma Asifin qərara hər hansı etirazı yoxdur. Hətta əvəzlənməsini də özü istədi. Asiflə eyni anda Fernan Lopes də əvəzlənməsini istədi.

Sadəcə, Asifin əzələsindəki ağrılar qaçmağa imkan vermədiyi üçün onun kənara alınması üzərində dayanıldı.

Epizoda təkar baxacağıq. Amma Asif Məmmədovun komandadakı kapitanlığına, peşəkarlığına söz ola bilməz.

Onun özü ilə nəsə danışmağa da ehtiyac yoxdur. Ciddi bir şeyin baş verdiyini düşünmürük. Ona görə də bunun üzərində dayanmırıq".

Digər Xəbərlər
Xəbər Lenti