Azərbaycan klubu “Selta”nın yetirməsini 1 dollar ödəmədən... TRANSFER DOSYESİ

8 Oktyabr 2021 15:00 Qəbələ 4 107
Azərbaycan klubu “Selta”nın yetirməsini 1 dollar ödəmədən... TRANSFER DOSYESİ

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni legioner qatıb.

Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, bu komandada keçirdiyi 22 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Selta”nın yetirməsi olan Lopes 2011-14-cü illərdə B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib.

2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.

Fernan “Qəbələ”yə azad agent status ilə dönüb. Bu qayıdış kifayət qədər aşağı məbləğ qarşılığında baş tutub. Prineyli qazancı 5000 dollardan da az olacaq.

Göstərilən məbləğ klubun büdcəsindən çıxmayacaq. Ispanın maaşını meneceri və “Qəbələ”li rəsmilər şəxsi imkanları hesabına qarşılayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"