"Qəbələ" bu gün başlayır, amma...

5 İyul 2021 09:40 Qəbələ 739
"Qəbələ" bu gün başlayır, amma...

1 iyul yay toplanışına yığışmalı olan "Qəbələ" maliyyə problemlərinə görə hələ də bir araya gələ bilməyib.

Sportinfo.az-ın məlumatına görə, bölgə təmsilçisinin həsrəti bu gün başa çatacaq.

Belə ki, komanda 4 gün gecikmə ilə olsa da bu gün doğma Qəbələdə bir araya gələcək.

Amma bu o demək deyil ki, maddi məsələlər öz həllini tapıb.

Sadəcə komanda az sayda futbolçu ilə məşqləri bərpa edəcək. Sonra vəziyyətin necə olacağını isə heç klub rəhbərliyi də dəqiq bilmir.

Xatırladaq ki, arxada qalan mövsüm başa çatandan sonra Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev, Ceyms Adeniyi və Vinko Medimoreç komandadan ayrılıb.

Müqaviləsi başa çatan bəzi futbolçularla isə hələ də razılıq əldə olunmayıb.

Əvəzində son mövsümü "Səbail"də keçirən Ürfan Abbasov və Məqsəd İsayev transfer edilib. Asif Məmmədovun isə müqaviləsi uzadılıb.

Digər Xəbərlər
Xəbər Lenti