Elxan Məmmədovun adamı bu kluba rəhbərlikdən imtina etdi

31 May 2021 09:40 Qəbələ 1 527
Elxan Məmmədovun adamı bu kluba rəhbərlikdən imtina etdi

Zaur Hacı-Məhərrəmov futzal üzrə koordinatoru AFFA-nın yeni təklifindən imtina edib.

Sportinfo.az-ın məlumatına görə, uzun illərdir federasiyada çalışan və bu müddət ərzində müxtəlif vəzifələr tutan funksioner «Səbail»ə rəhbərlik etmək istəməyib.

O, Bayılı klubunun maliyyə vəziyyətinin ağır olduğunu görərək, məsuliyyəti üzərinə götürməkdən boyun qaçırıb.

Hacı-Məhərrəmov zəif büdcə ilə heç bir iş görə bilməyəcəyini söyləyib və iddia edib ki, burada nəticə qazanmaq qeyri-mümkündür.

AFFA-nın icraçı vitse-prezienti Elxan Məmmədovun «sağ əli» sayılan şəxs ondan imkanlı klubların birinə təyinat gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"