"Qəbələ" Azərbaycan yığmasını məğlubiyyətə uğratdı

30 Mart 2021 00:42 Qəbələ 1 318
"Qəbələ" Azərbaycan yığmasını məğlubiyyətə uğratdı

“Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların görüşləri ilə bağlı Premyer Liqada yaranan fasilə dövründə ikinci sınağına çıxıb.

Komanda U-21 yığması ilə görüşüb. Baş məşqçi Elmar Baxşıyev “Bakcell Arena”dakı qarşılaşmaya aşağıdakı start heyətinə şans verib:

Tərlan Əhmədli, Sadiq Quliyev, İdris İnqilablı, Yaovi Akakpo, Ştefan Vukçeviç, Asif Məmmədov, Rafael Utriq, Cavid Hüseynov, Faiq Hacıyev, Ülvi İsgəndərov, Vinko Medimoreç

Matçın ilk yarısı daha məhsuldar alınıb. Öncə Ülvi İsgəndərov, ardınca Yaovi Akakpo qol sevinci yaşayıb.

Milli fasiləyədək iki top vuraraq hesabda tarazlıq yaradıb. U-21-in heyətində Musa Qurbanlı və Rüfət Abdullazadə fərqlənib.

“Qəbələ” ikinci hissəyə Tərlan Əhmədli, Murad Musayev, Yurgen Qoxa, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Merab Qiqauri, Kamal Mirzəyev, Rövlan Muradov, Gülağa Əsədov, Emil Səfərov və Ceyms Adeniyidən ibarət “11-lik”lə başlayıb.

Hissənin ortalarında Ceyms Adeniyi penalti zərbəsi ilə komandanı yenidən önə çıxarıb.

Hissənin gedişində “qırmızı-qaralar”ın heyətində bir neçə dəyişiklik də olub. Mehrac Baxşalı Gülağa Əsədovu, Rauf Məhərrəmov Ceyms Adeniyini, Rauf Rüstəmov isə Emil Səfərovu əvəzləyib.

Dörd gün öncə “Qəbələ” “Zirə” ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti