"Bundan sonra olacaq şeylərdən Allah bizi saxlasın! "

2 Mart 2021 09:40 Qəbələ 684
"Bundan sonra olacaq şeylərdən Allah bizi saxlasın! "

"Sumqayıt"la oyundakı epizodlara şübhəli deməzdim, orada təmiz penalti var idi".

Bu sözləri Sportinfo.az-a "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

Komandanın vitse-kapitanı baş məşqçi Elmar Baxşıyev kimi, hakimlikdən narazlıq edib: "Bu epizodları görən məşqçi nə etməlidir? Demirik ki, kimsə bizə kömək etsin.

Təmiz "qırmızı"dırsa, penaldırsa, verilsin. Özüm də hakimlərdən narazıyam. Danışanda da xətirlərinə dəyir. Bir dəfə "İnter"də oynayanda hakimlərdən narazılıq etmişdim.

Həmin mövsüm 13-14 sarı vərəqə almışdım. Kaxaber Sxadadze dedi ki, bu nə məsələdir? Dedim ki, hakimlər haqqında danışmışam, indi də cəzasın çəkirəm" (gülür).

"Neftçi" ilə oyunun 15-ci dəqiqəsində 3 sarı vərəqəmiz hazırıydı. Halbuki bəzi epizodlarda vermıyə bilər. Eyni epizodda başqa komandalara bu sarı vərəqələr verilmir.

"Qəbələ"nin oyunlarında isə rahatlıqla verirlər. Elmar müəllim kimi hirslənməyən insanı hirsləndiriblər. O da bir dəfə susur, iki dəfə susur. Davamlı belə olmaz axı.

Bəlkə də fikirləşirlər ki, "Qəbələ"nin bu il büdcəsi aşağıdır. Adamın ağlına belə şeylər də gəlir.

Oyunumuzda olan hakimləri görəndə, soruşuram ki, filan epizodu niyə penal vermədin? Cavab verir ki, o epizodu görmədim, görə bilmədim.

Deyirəm, nə oldu, elə "Qəbələ"yə çatanda, görmürsüz, "sarı"nı da vermə, deyin, görmədim. Hər zaman belə olub. Amma bu il daha çoxdur. Danışdıqca, vərəqələrin sayı artır. Bundan sonra olacaq şeylərdən Allah bizi saxlasın!".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!