"QƏBƏLƏ" NARAZIDIR: "Şikayət etməmişik, amma…" - FOTOREPORTAJ

26 Fevral 2021 09:40 Qəbələ 932
"QƏBƏLƏ" NARAZIDIR: "Şikayət etməmişik, amma…" - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Turun ilk matçı Qəbələ şəhər stadionunda təşkil olunub.

Çempionatdakı son iki ev oyunundan xalsız ayrılmayan “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Qarşılaşmadan öncə Xocalı soyqırımının qurbanları və qonaqların bir neçə gün öncə vəfat edən vitse-prezidenti Vaqif Ömərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qırmızı-qaralar” görüşə ötən turun “Neftçi” ilə görüşdəki “11-lik”lə başlayıb. Cəzalı durumda olan baş məşqçi Elmar Baxşıyevin yoxluğunda komandaya texniki zonada Xaqani Məmmədov rəhbərlik edib.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda fərqlənmək üçün bir neçə təhlükəli vəziyyət yaradıb.

Rəqibi ilə arasındakı xal fərqini aradan qaldırmaq niyyətində olan “qırmızı-qaralar” əldə olunan imkanlardan yararlana bilməyib. Qonaqların hücumlarının qarşısını “Qəbələ”nin müdafiəçilərinin inamlı oyunu alıb.

Fasilədən sonra fəallığı artıran komandamız ardıcıl hücumlar təşkil edib. İkinci hissənin əvvəlində üstünlüyə yiyələnən “qırmızı-qaralar” istəyinə çatıb. 51-ci dəqiqədə Ceyms Adeniyi sumqayıtlıları məyus edib.

Komanda Premyer Liqadakı ardıcıl 7-ci ev oyununda da qol sevinci yaşayıb. Bu, nigeriyalının “Qəbələ”də 16-cı, Premyer Liqada 12-ci qolu olub.

Buraxılan qoldan sonra “Sumqayıt” hesabda tarazlıq yaratmağa çalışsa da, futbolçularımız təşəbbüsün rəqibə keçməsinə imkan verməyib. Rəqibin hücumlarına təhlükəli həmlələrlə cavab verən “qırmızı-qaralar” fərqi artırmaq üçün əlverişli imkanları qaçırıb.

Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” aktivindəki xalları 21-ə çatdırıb.

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov: “Maraqlı oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Rəqibi analiz etmişdik. Komanda əzmkar, istəkli oyun göstərdi və qələbə qazandı.

Hakimlər özləri də oyunu analiz edəcəklər. Düşünürəm ki, həmin epizodlara diqqətlə baxacaqlar. İki epizoddan ən azı birində penalti var idi.

Cavabdeh orqanlar özləri baxıb, özləri qərar verər. Rəqib komanda da yaxşı oyun göstərdi. Biz çalışırdıq ki, xal qazanaq və mövqeyimizi qoruyaq.

Futbolçular istəkli və layiqli oyun nümayiş etdirdi. Hakimlik barədə şikayət etməmişik. Amma qurumlar özləri baxacaq və bununla bağlı qərar verəcək.

Ötən matçlarda da hakim səhvləri çox olub. Bu gün də penalti var idi. Cari mövsüm penalti vurmamışıq. Bunun nə ilə bağlı olduğunu bilmirəm”.

“Qəbələ” – “Sumqayıt” 1:0

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Səbuhi Bayramov

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Nahid Əliyev

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: Stefan Vukçeviç, 29 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 60 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 65 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 89 (oyunun bərpasının ləngidilməsi); Cavid Hüseynov, 90 (hakimin qərarına etiraz); Rafael Utriq, 90+2 (qeyri-idman hərəkəti) // Xəyal Nəcəfov, 9 (qeyri-idman hərəkəti); Camaləddin Xocaniyazov, 60 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 79 (qeyri-idman hərəkəti)

Qol: Ceyms Adeniyi, 51

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(14. Cavid Hüseynov, 85)

28. Murad Musayev

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

(70. Ülvi İsgəndərov, 87)

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

23. Rafael Utriq

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

2. Vinko Medimoreç

10. Rövlan Muradov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Məşqçi: Xaqani Məmmədov

“Sumqayıt”

1. Mehdi Cənnətov

97. Xəyal Nəcəfov

(22. Cavid İmamverdiyev, 82)

14. Elvin Bədəlov

6. Vüqar Mustafayev (k)

78. Dmitro Nağıyev

11. Mehdi Şərifi

(60. Elvin Məmmədov, 75)

5. Camaləddin Xocaniyazov

9. Əli Qurbani

4. Höccət Haqverdi

17. Murad Xaçayev

18. Süleyman Əhmədov

(20. Rüfət Abdullazadə, 59)

Ehtiyat oyunçular:

13. Aydın Bayramov

33. Eltun Turabov

30. Nəbi Məmmədov

8. Səbuhi Abdullazadə

65. Sənan Ağayev

37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

Digər Xəbərlər
Xəbər Lenti