"Qəbələ" iki yeni legionerin razılığını aldı

13 Yanvar 2021 09:40 Qəbələ 824
"Qəbələ" iki yeni legionerin razılığını aldı

Ceyms Adeniyini satacağına ümid edən «Qəbələ» transfer bazarında hərəkətliyi artırıb.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi 2 legionerlə danışıqları bitirmək üzrədir.

Bölgə komandasının düşərgəsinə gətirmək məqsədi güddüyü əcnəbi futbolçulardan biri gürcü müdafiəçi, digəri brazitliyalı hücumameylli yarımmüdafiəçidir.

Gürcüstanlı oyunçunun bura gəlmək ehtimalı çox böyükdür, çünki kifayət qədər aşağı məbləğə Premyer Liqamızda çıxış etməyə razılıq verib.

Cənubi amerikalıya gəlincə, «Qəbələ» Adeniyinin satışından əldə edəcəyi məbləğlə bu keçidi reallaşdırmağı planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti