“Qarabağ” PSV, “Milan” və “Borussiya”ya çatacaqmı?

24 Oktyabr 2020 12:02 Qarabağ 568
“Qarabağ” PSV, “Milan” və “Borussiya”ya çatacaqmı?

Avrokubokların qrup mərhələsinin ilk oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, I tur çərçivəsində baş tutan Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Siyahının ilk “100-lüy”ündə yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın mövqeyi dəyişməyib. İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi 21,000 xalla 64-65-ci yerləri bölüşür.

“Qarabağ” Rumıniya “Styaua”sı ilə eyni göstəriciyə malikdir. Qurban Qurbanovun yetirmələri 61-63-cü olan PSV (Niderland), “Milan” (İtaliya) və “Standard”dan (Belçika) 1 xal geri qalır.

Son matçlaradək bu üç komandaya şərik olan Mönhenqladbax “Borussiya”sı isə xal ehtiyatını artıraraq izləyiciləri, o cümlədən “Qarabağ”dan uzaqlaşıb. Almaniyalılar 23,000 xalla 59-cudur.

Seytinqə 113 xala malik “Bavariya” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!