"Bütün gücümüzlə geri qayıtdığımızı “Qarabağ”a göstərdik”.

23 Oktyabr 2020 20:00 Qarabağ 554
"Bütün gücümüzlə geri qayıtdığımızı “Qarabağ”a göstərdik”.

“Futboldan ötrü darıxmışdım. Son oyundan bəri çox vaxt keçdi”.

Sportinfo.az xəbər verir ki, bunu Təl-Əviv “Makkabi”sinin yarımmüdafiəçisi Dan Qlazer deyib.

İsrail klubu Avropa Liqasının qrup mərhələsinə “Qarabağ” üzərində 1:0 hesablı qələbə ilə start götürüb.

Koronavirus xəstəliyini geridə qoyan futbolçulardan olan Qlazer komandanın çıxışından məmnunluq bildirib: “Əyləncəli oyun oldu. Matçın bizim üçün yaxşı keçməsinə və qələbəmizlə yekunlaşmasına sevindim.

İndi stabilliyə ehtiyacımız var. Futbol üçün ac idik. Koronavirus infeksiyasına görə evdə təcrid vəziyyətində məşq edirdik. Fitness məşqçimiz bizi çox tez toparladı. Bütün gücümüzlə geri qayıtdığımızı “Qarabağ” önündə göstərdik”.

“Qarabağ”la qarşılaşmaya ilk “11-lik”də başlayan Dan Qlazer 90 dəqiqəni əvəz edilmədən keçirib.

Digər Xəbərlər
Xəbər Lenti