"Ararat" "Qarabağ"ın rəqiblərinin siyahısına daxil edilməyəcək

18 Sentyabr 2020 00:50 Qarabağ 620
"Ararat" "Qarabağ"ın rəqiblərinin siyahısına daxil edilməyəcək

Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, bu, II təsnifat mərhələsindəki oyunlardan sonra gerçəkləşib.

Ağdam təmsilçisinin potensial rəqibləri “Riqa” (Latviya) və “Tre Fiori”nin (San Marino) matçı küləyə görə təxirə salınıb. Cütün qalibi III təsnifat mərhələsində Şotlandiyadan “Seltik” ilə üz-üzə gəlməlidir.

Həmin cüt isə pley-offda "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq. Azərbaycan çempionu püşkatmada səpələmişlər səbətində yer alacaq.

Ermənistandan "Ararat Armeniya" növbəti mərhələyə yüksəlsə də, Azərbaycan təmsilçisinin mümkün rəqiblərinin siyahısına daxil edilməyəcək.

“Qarabağ”ın mümkün rəqibləri:

“Sarayevo” (Bosniya və Herseqovina) / “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) / “Dandolk” (İrlandiya) cütünün qalibi
Təxirə salınmış “Riqa” (Latviya) / “Tre Fiori” (San-Marino) cütünün qalibi /“Seltik” (Şotlandiya) cütünün qalibi
“KuPs” (Finlandiya) / “Suduva” (Litva) cütünün qalibi
“Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi
“Klasksvik” (Farer adaları) / “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) / ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) / “Flora” (Estoniya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)

Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün Avropa Liqasında mübarizəyə davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi