"İnanıram ki, rəqibi düzgün analiz edib, istədiyimiz oyunu qura biləcəyik"

15 Sentyabr 2020 20:40 Qarabağ 927
"İnanıram ki, rəqibi düzgün analiz edib, istədiyimiz oyunu qura biləcəyik"

"Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde" ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, komandanın son durumu ilə bağlı danışıb: "Bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir.

Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq.

İnanıram ki, rəqibi düzgün analiz edib, sabah meydanda istədiyimiz oyunu qura biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?