"Qarabağ" üçün uğursuz adam

13 Avqust 2020 19:45 Qarabağ 1 597
"Qarabağ" üçün uğursuz adam

Ukraynalı FIFA referisi Yaroslav Kozık Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" matçının baş hakimi olacaq.

Sportinfo.az xəbər verir ki, ukraynalı referi daha öncə də Azərbaycan klublarının oyunlarına təyinat alıb.

O, 2015/16 mövsümündə Avropa liqasının II təsnifat mərhələsində "İnter" - "Hafnarfyordur" (İslandiya) matçının baş hakimi olmuşdu. 2:2 hesabı ilə başa çatan görüşdə "İnter" növbəti mərhələyə vəsiqə qazanmışdı.

Kozık Bakıya növbəti səfəri 2016/17 mövsümündə olub. Ukraynalı ədalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Bakcell Arena"da Maltanın "Baltsan" klubuna 1:2 hesabı ilə uduzduğu görüşü idarə edib. Lakin "ağ-qaralar" ilk oyundakı 2:0 hesablı qələbə sayəsində mərhələ adlamışdı.

FIFA referisi 2019/20 mövsümündə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə oyununa təyinat alıb. O, Ağdam klubunun Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesabı ilə uduzduğu matçda dördüncü hakim olub.

Kozık 28 beynəlxalq oyun idarə edib. 39 yaşlı referi ilk dəfə Çempionlar Liqasının qarşılaşmasına təyinat alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT