Azərbaycan klublarıını avrokuboklarda fiasko gözləyir

4 Avqust 2020 16:14 Qarabağ 1 337
Azərbaycan klublarıını avrokuboklarda fiasko gözləyir

Bu həftə keçiriləcək Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkatması ilə Azərbaycan klubları üçün yeni avrokubok mövsümü başlayacaq.

Sportinfo.az xəbər verir ki, avqustun 9-da “Qarabağ”ın, ertəsi gün Avropa Liqasındakı təmsilçilərimiz “Neftçi”, “Keşlə” və “Qarabağ”ın rəqibləri bəlli olacaq.

Bu, Azərbaycan üçün avrokuboklarda yubiley – 25-ci mövsüm olacaq. Qitə kuboklarında 1994-cü ilin yayında debüt edən ölkəmiz indiyədək 24 mövsüm qitə səhnəsinə çıxıb.

Əslində, bu rəqəm 26 olmalı idi. Amma 2002/03 və 2003/04 mövsümlərində Azərbaycan qitədən kənarda qalıb. Bu da ölkəmizdə 2001/02 mövsümünün başa çatmaması, 2002/03 mövsümünün keçirilməməsi ilə bağlıdır.

2016/17 və 2017/18 mövsümləri təmsilçilərimiz üçün ən uğurlular sayılır. Həmin vaxt komandalarımız müvafiq olaraq 11 və 10 qələbə qazanıb. 1994/95, 1995/96, 1997/98 və 2001/02 mövsümlərində isə Avropa macəraları qələbəsiz başa çatıb.

Komandalarımız indiyədək keçirdiyi 350 avrokubok oyununda 102 qələbə qazanıb, 84 heç-heçə edib və 164 dəfə uduzub (apasport.az).

1994/95

2

0

0

2

0-7

0

1995/96

4

0

1

3

1-12

1

1996/97

6

1

2

3

5-20

5

1997/98

6

0

0

6

0-20

0

1998/99

8

1

0

7

4-25

3

1999/2000

10

2

0

8

6-22

6

2000/01

10

2

0

8

9-25

6

2001/02

8

0

1

7

1-14

1

2004/05

12

4

1

7

9-17

13

2005/06

10

4

0

6

10-18

12

2006/07

10

4

2

4

6-9

14

2007/08

8

1

4

3

7-11

7

2008/09

14

3

5

6

11-18

14

2009/10

16

4

4

8

15-27

16

2010/11

14

6

4

4

16-17

22

2011/12

12

3

5

4

13-14

14

2012/13

22

5

11

6

29-26

26

2013/14

18

8

4

6

16-22

28

2014/15

24

9

6

9

27-27

33

2015/16

34

8

14

12

28-36

38

2016/17

34

11

7

16

38-42

40

2017/18

24

10

5

9

28-29

35

2018/19

20

7

3

10

17-28

24

2019/20

24

9

5

10

40-34

32

Qeyd: texniki nəticələr nəzərə alınıb, nəticəsi ləğv edilən matçlar və penaltilər seriyaları nəzərə alınmayıb.

Digər Xəbərlər
Xəbər Lenti