"Qurbanı yığmaya apardılar ki, “Qarabağ” məhv olsun"

16 May 2020 10:24 Qarabağ 1 144
"Qurbanı yığmaya apardılar ki, “Qarabağ” məhv olsun"

“Əvvəllər klublarımız xarici məşqçilər dəvət edəndə əsəbləşirdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri apasport.az-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

Ölkəmizdə fəaliyyət göstərmiş əcnəbi məşqçilərin fəaliyyətini dəyərləndirən əməkdar jurnalist yalnız “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçuku fərqləndirib:

“Bir gürcünü çağırırdılar, o da gedib çayxanada qohumlarına deyirdi ki, durun gedək Zaqatalada işləməyə. Özü ilə 20 nəfər lazımsız adam gətirib, onlara iş verirdi. Əcnəbi məşqçilər arasında Roman Qriqorçukdan başqa hansı gəlib nəsə edib? Heç Kaxaber Sxadadze də heç nə edə bilmədi.

Sadəcə, həmin vaxt ortada pul var idi, hər şey pulun hesabına idi. Amma Qriqorçuk həm yaxşı məşqçi, həm də gözəl, səmimi insan idi. Amma Sxadadze, Bordin və ya digərləri boş yerə gətirilmişdi”.

Yazıçılar İttifaqının üzvü azərbaycanlı məşqçilərin ölkə xaricində çalışmamalarına da münasibət bildirib. O, fikirlərini Fatih Terim nümunəsi ilə əsaslandırıb:

“Çox istəyərəm ki, azərbaycanlı məşqçi Türkiyədə, Almaniyada, Avropanın hansısa ölkəsində çalışsın. Hərdən gedənlər olub, işləri uğurlu alınmayıb. Bunun da səbəbləri müxtəlifdir. Bəzən məşqçidən asılı olmur.

Fatih Terim kimi “əjdaha”nı apardılar İtaliyaya, istədiyi oyunçunu almadılar, o da qalmadı. Dünyanın ən güclü məşqçisini gətir “Sumqayıt”a, de ki, işlə. Hoppanıb-düşsə də heç nə edə bilməz, özü çıxıb oynamayacaq ki”.

Aqil Abbas “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı fərqli fikirlər səsləndirib. 67 yaşlı deputat Ağdam klubunun çalışdırıcısının ölkə xaricinə yollanmasını arzulamadığını etiraf edib:

“Allah eləməsin ki, Qurban Qurbanov Azərbaycandan çıxsın. O, heç yerə getməsin, otursun elə öz kasıblığı ilə Azərbaycan futboluna qulluq eləsin. Çünki “Qarabağ” həm də Azərbaycan futbolu deməkdir.

Qurban Qurbanov milli komandaya gedəndə etirazımı bildirmişdim. Demişdim ki, bunun axırı yaxşı olmayacaq. Qurbanı yığmaya apardılar ki, “Qarabağ” məhv olsun, olmadı. Buna yüz faiz əminəm”.

Digər Xəbərlər
Xəbər Lenti