"Qarabağ"dan gedən: "Çəkinmirəm, oynamağı çox istəyirəm"

6 May 2020 17:00 Qarabağ 661
"Qarabağ"dan gedən: "Çəkinmirəm, oynamağı çox istəyirəm"

"Futbol üçün darıxmışam. Oynamağı çox istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri hazırda "Milan"ın formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç "Sky Sports"a açıqlamasında deyib.

33 yaşlı qolkiper komandanın bir neçə gün sonra tibbi yoxlanışdan keçəcəyini bildirib. Bosniya və Herseqovina millisinin müqavilə ilə İngiltərə "Bornmut"una məxsus olan üzvü bundan sonra məşqlərə başlayacaqlarına ümid etdiklərini söyləyib:

"Düzgün mühitdə olduğumuz müddətdə oynamaqdan çəkinmirəm. Kluba və səlahiyyətli nümayəndələrə inanırıq, heç kim bizə zərər verməz".

Asmir Beqoviç mövsümün ilk yarısında “Qarabağ”da çıxış edib. Təcrübəli oyunçunun Ağdam təmsilçisində qalmasına məhz "Milan"ın təklifi mane olub. Onun "Bornmut"la sözləşməsi 2021-ci ilin iyununadəkdir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?