Futbolsuz günlərdə Qurban Qurbanovdan daha bir addım

31 Mart 2020 11:48 Qarabağ 836
Futbolsuz günlərdə Qurban Qurbanovdan daha bir addım

Dünyanın ən yaxşı futbol məşqçilərinin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə planetin 1000 ən yaxşı mütəxəssisi yer alıb.

Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur.

Aktivində 1054 xal olan 48 yaşlı mütəxəssis dünyada 550-cidir. O, ötən cədvəllə müqayisədə daha bir pillə irəliləyib. Qurbanov son siyahıda 1054 xalla 551-ci idi.

Siyahının birinci pilləsində “Liverpul”un baş məşqçisi Yurgen Klopp qərarlaşıb. Almaniyalının hesabında 14 min 695 xal var.

Digər Xəbərlər
Xəbər Lenti