“İdman TV”dən “Qarabağ”a jest

20 Mart 2020 14:50 Qarabağ 1 276
“İdman TV”dən “Qarabağ”a jest

Bu gün “İdman TV” Novruz bayramı ilə əlaqədar yaxın keçmişimizdəki bir sıra vacib idman yarışlarını yenidən tamaşaçılarına təqdim edəcək.

Sportinfo.az xəbər verir ki, saat 18.20-də “Barselona” – PSJ, 20.00-dan etibarən 2015-ci il Bakı Avropa Oyunlarının açılış mərasiminin videoyazısı nümayiş etdiriləcək.

Saat 22.00-dan etibarən isə 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində keçirilmiş “Qarabağ” – “Kopenhagen” ilk oyunu yayımlanacaq.

Ağdam klubu məhz "Kopenhagen"lə matçlardan sonra Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti