Qurbanov oğlunu gördü, bəs o biriləri? - FOTOLAR

26 Yanvar 2020 09:42 Qarabağ 1 469
Qurbanov oğlunu gördü, bəs o biriləri? - FOTOLAR

Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" 2 yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə "Siqma" ilə qarşılaşıb.

Görüş Çexiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun yeganə qolunu Musa Qurbanlı vurub. Komandanın yeni transferi Kvabena Ovusu da bu oyunda debüt edib.

Qurban Qurbanovun yetirmələri 2-ci yoxlama görüşündə Polşanın "Visla" komandası ilə üz-üzə gəlib. Bu oyun Bakı vaxtı ilə 18:30-da başlayıb. Daha məhsuldar alınan bu oyunda da Ağdam klubu meydanı məğlubiyyətlə tərk edib.

"Qarabağ" bunadək 2 yoxlama oyunu keçirmişdi. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstan "Jetisu"sunu minimal fərqlə üstələmişdi - 1:0.

“Qarabağ” – “Siqma” (Çexiya) 1:3

Qol: Musa Qurbanlı

Qarabağ: Vaqner da Silva, Araz Abdullayev, Filip Ozobiç, Hacıağa Hacılı, Faysal Rerras, Musa Qurbanlı, Nihad Tamazov, Abbas Hüseynov, Cavid Bayramov, Toral Bayramov, Maqaye Qeye.

“Qarabağ” – “Visla” (Plotsk, Polşa) 2:3
Qol: Mahir Emreli, 18-pen. Xayme Romero, 52.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.

Digər Xəbərlər
Xəbər Lenti