"Qarabağ" daha 3 həftə səbr etməlidir

28 Sentyabr 13:40 Qarabağ 2 933
"Qarabağ" daha 3 həftə səbr etməlidir

"Qarabağ"ın zədəli futbolçusu Bəhlul Mustafazadənin yaşıl meydanlara qayıdacağı tarix məlum olub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi 3 həftə sonra komanda ilə birlikdə məşqlərə qatılacaq.

Millimizin üzvü bundan sonra oyunlarda iştirak edə bilər.

Bəhlul Mustafazadə Premyer Liqanın 6-cı turunun "Sabah"la matçında (2:0) zədələnib. O, cari mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu