İngilislər "Qarabağ"lıya qarşı - "Əsl qeyri-peşəkardır"

9 Dekabr 2019 13:48 Qarabağ 1 171
İngilislər "Qarabağ"lıya qarşı -

"Vest Hem" azarkeşləri hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Asmir Beqoviçin qış fasiləsində London klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə öz fikirlərini yazan yerli fanatlar bosniyalı qolkiperin transferinə etiraz ediblər.

"Fabacadabra" adlı istifadəçi yazıb: "Səbəb var ki, Beqoviçi "Qarabağ"a qovublar. O, sadəcə faciədir".

Bir başqa tərəfdar Vinsent Uayt Asmirlə bağlı paylaşımın altında bunları qeyd edib: "Böyük addır! Dəyərlidir! Amma indi yox, keçmişdə".

"Haitham" adlı "Twitter" istifadəçisi: "Əvvəllər o, çox yaxşı idi. Amma indi onu gətirmək böyük risk olar. Beqoviçin əvəzinə Cek Butlendi komandaya götürərdim.

"Mark" adlı istifadəçi: "Yox, yox! O, Martindən daha zəifdir".

Maykl Uilyams adlı fanat isə Beqoviçi qeyri-peşəkar adlandırıb: "Xeyr, təşəkkür edirəm, lazım deyil. Əsl qeyri-peşəkar qapıçıdır. Faydasız oyunçudur. Eddi Hou onu boş yerə komandadan göndərməyib".

Qeyd edək ki, "Bornmut"a məxsus olan Beqoviçin "Qarabağ"la icarə müqaviləsi dekabrın 31-də başa çatacaq. Onunla "Vest Hem"lə yanaşı, "Derbi", "Birmingem" və PSV də yaxından maraqlanır.

Xəbər Lenti
20 Yanvar 19:41 Dünyada yalnız Ronaldo
20 Yanvar 14:54 1001 gündür uduzmur
20 Yanvar 14:24 Bir aylıq baş məşqçi
20 Yanvar 00:56 Nişanlandılar - FOTO
20 Yanvar 00:00 İbrahimoviç daha bir...
19 Yanvar 22:20 "Qarabağ"da asudə gün
19 Yanvar 20:16 Az məbləğə atılan imza