COP29

Azərbaycanlı hücumçu baş məşqçini qucaqladı, hamının gözü onlarda qaldı - VİDEO

23 Fevral 02:00 Qarabağ 405
Azərbaycanlı hücumçu baş məşqçini qucaqladı, hamının gözü onlarda qaldı - VİDEO

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində iki oyunun cəmində "Braqa"nı üstələyərək (4:2, 2:3) 1/8 finala adlayıb.

Sportinfo.az xəbər verir ki, Bakıda keçirilən dramatik cavab görüşündə Ağdam təmsilçisini 1/8 finala aparan qolu Nəriman Axundzadə vurub.

19 yaşlı hücumçu səfərdəki ilk görüşdə qol şansından yararlana bilməmişdi və buna görə də ağlamışdı. Bu dəfə isə o,120+2-ci dəqiqədə qapını dəqiq nişan alıb.

Final fitindən sonra Nəriman Axundzadə sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşüb. Həmin anların videogörüntüsünü təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!