"Qarabağ"da çoxunu sevindirən İKİ AYRILIQ

4 İyun 16:05 Qarabağ 12 964
"Qarabağ"da çoxunu sevindirən İKİ AYRILIQ

Mövsüm başa çatar-çatmaz "Qarabağ"dan ayrılacaq futbolçulardan ikisinin adı rəsmiləşdi.

Klub öz rəsmi feysbuk hesabından Ramil Şeydayev və Filip Ozbiçin klubdan ayrıldığını ictimaiyyətə elan etdi.

Birinci vurduğu 22 qolla sonuncu mövsümün bombardiridir. Xorvatiyalı isə bu mövsüm bir neçə dəfə zədə alsa da əsas futbolçulardan hesab olunurdu.

Arxada qalan 3 ildə də ağdamlıların dadına az çatmayıb. Vacib oyunlarda önəmli qollarla yadda qalıb.

Ehtimal etmək olardı ki, hər iki futbolçunun da gedişi fanatları üzəcək. Amma heç də məsələ biz düşündüyümüz kimi deyilmiş.

Sən demə, yayın ilk ayrılıqları fanatların ürəyincə olub.

Hər halda vida postuna gələn rəylər belə deməyə əsas verir. Az bir qisim üzüldüyünü dilə gətiribsə, ən azı onlar qədər sevinənlər diqqətdən qaçmayıb. Xüsusilə Ramillə bağlı xoş olmayan mənzərə “göz oxşayıb”:

“Qarabağın ən böyük uğuru Ramili yola salmaq oldu”.

“Ramil, inşAllah 3-cü dəfə “Qarabağ”a qayıtmarsan”.

“Getmələri yaxşıdır”.

“Deməli, bundan sonra oyunlara baxmaq olar”.

“Ramil əgər oxuyursansa, get və dönmə geri”.

“Ramil yaxşı oyunçu deyildi”.

Böyük əksəriyyət isə sevincini bürüzə verməsə də ikilinin ayrılmasına quruca “yaxşı yol” deməklə kifayətlənib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu