Qurban Qurbanovun oğlu etiraf etdi – Hansı ölkədə legioner həyatı yaşamaq istəyir?

28 May 2023 09:25 Qarabağ 3 127
Qurban Qurbanovun oğlu etiraf etdi – Hansı ölkədə legioner həyatı yaşamaq istəyir?

Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olan Musa Qurbanlının bu mövsüm sərgilədiyi oyun müxtəlif transfer şaiyələrinin yayılmasına səbəb olub.

Qışdan etibarən onun adı bir sıra ölkələrin aparıcı klublarıyla yanaşı hallanıb.

Yay transfer pəncərəsi yaxınlaşdığı üçün bu tipli informasiyalar yenidən çoxalıb.

Sportinfo.az xəbər verir ki, Musa Qurbanlı publika.az-a müsahibəsində onunla maraqlanan klubların olduğunu təsdiqləyib.

"Maraqlanan var, olması da normaldır. Gənc futbolçuyam, bu mövsüm çempionatda qollar vurmuşam. İstər-istəməz maraqlanan var.

Bunu ümumi olaraq bilirəm. Hansısa klubla konkret danışıqlar aparmadığımız üçün deyə bilmərəm ki, bu klubdan və ya çempionatdan maraqlanan, transfer etmək istəyən var".

Legioner həyatı yaşamağı hədəfləyən Qurbanlı çıxış etmək istədiyi çempionatların adlarını və səbəbini açıqlayıb. Musa bu məsələdə ona məsləhət verəcək şəxslərin adlarını da açıqlayıb.

"Fikriləşirəm ki, Mərkəzi Avropa ölkələrinin çempionatları inkişaf üçün daha yaxşıdır. Çünki Avropanın içində, top liqalara yaxın olursan. Ona görə bu çempionatlarda oynamaq istəyərdim".

Digər Xəbərlər
Xəbər Lenti