Belçika millisinin yeni çalışdırıcısı "Qarabağ"dan danışdı

25 Mart 2023 20:20 Qarabağ 1 597
Belçika millisinin yeni çalışdırıcısı "Qarabağ"dan danışdı

Belçikanın yeni baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində rəqiblərindən birinin Azərbaycan yığması olduğu F qrupundakı mübarizənin komandası üçün nə qədər çətin olacağından danışıb.

Sportinfo.az xəbər verir ki, “Kicker”ə danışan gənc mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Gent" matçını da xatırlayıb:

"Bizi qrupda çətin mübarizə gözləyir. Seçmə mərhələnin oyunlarının bizim üçün asan keçəcəyini düşünmək düzgün deyil.

Ötən ilin noyabrında Avstriya İtaliyaya qalib gəldi. İsveç millisi də çox güclüdür. “Qarabağ”ın Azərbaycanda “Gent”ə necə qalib gəldiyini, meydanda nələrin baş verdiyini gördük.

“Qarabağ” Belçika klubunu keçə bilərdi. Ümumiyyətlə, qrupumuzda asan komanda yoxdur. Bu seçmə qrup parkda gəzmək qədər asan olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!