
«Mənim bombardirlik hədəfim var».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın hücumçusu Musa Qurbanlı deyib.
22 yaşlı gənc Premyer Liqanın ən sərrast oyunçusudur. O, 27 tur ərzində rəqiblərin qapısından 20 top keçirib.
Musa komanda yoldaşı Ramil Şeydayevi bu siyahıda 3 top qabaqlayır:
«Əsas qollarımızın komandaya xeyir verməsidir. Elə şey ola bilməz ki, Ramil qol vuranda mən sevinməyim.
Əksinə, o qol vuranda ikiqat sevinirəm. Çünki komandamız qələbə qazanır».