Əvvəlki "Qarabağ"ı niyə izləmirik?

5 Fevral 2023 23:20 Qarabağ 1 291
Əvvəlki "Qarabağ"ı niyə izləmirik?

Hardasa «doyublar» sanki.

Bu, bir çoxuna aiddir.

Premyer Liqa və avrokuboklardakı rəqiblər arasında fərq qoyurlar.

Elə bil, ölkədaxili yarışmalara vitrin gözüylə yanaşmırlar ta. «Krasnodar» Kadi Borgesi, «Ferentsvaroş» Kvabena Ovusunu qitə arenasında görüb bəyənib deyə, Premyer Liqa onlara vız gəlir.

Gəncədəki matçın günorta saatlarında keçirilməsi?

Düşünmürəm ki, bu, «Qarabağ»ın zəif təsir bağışlamasının yeganə səbəbidir. «Qarabağ»ın tonusunun aşağı düşməsi bilavastə düşərgəni tərk edənlərin yerinin doldurulmamasından qaynaqlanır.

Kadiylə Ovusunun gedişi ilə yaranan boşluq nə vaxt hiss olunmayacaq, onda da biz «Qarabağ»ın adət etdiyimiz oyununu izləməyə davam edəcəyik.

Bu da bir qədər müddət və möhlət istəyir. Həmin bu arada qələbə də olacaq, heç-heçə də, məğlubiyyət də. Hər üçünə hazır olmalıyıq.

Sözsüz, Qurban Qurbanov və köməkçiləri günün tələbindən xəbərdardır. Barışmaqdan başqa nə çarələri var, guya?

Əsas heyət üzvalərindən Abbas Hüseynov və Şahruddin Məhəmmədəliyev də zədəlidir. Dərd də gələndə, batmanla gəlir.

Qurbanov zaman-zaman belə «xoşagəlməz sürprizlər»lə çox qarşılaşıb, artıq təcrübəlidir. Gərək «Qarabağ» azarkeşi də səbrli olsun, dözüm göstərsin.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti