“Qarabağ”dan qol buraxan "Frayburq"un qapıçısı topdan narazıdır

22 Sentyabr 2022 02:10 Qarabağ 574
“Qarabağ”dan qol buraxan "Frayburq"un qapıçısı topdan narazıdır

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq"un qapıçısı Mark Flekken Almaniya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı "əlcək sahibi" Avroliqada istifadə olunan topdan narazılığının bildirib.

O, güclü zərbə vurulanda topun yelləndiyini deyib:

"Sanki bu toplar çoxlu qol vurmaq üçündür. Bu, Bundesliqadakılardan fərqlənir. Dəqiq və güclü zərbə vurulanda yellənir, çətinlik yaradır".

"Frayburq" qrup mərhələsinin ilk turunun oyununda doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin yeganə qolunu Marko Veşoviç vurub.

Digər Xəbərlər
Xəbər Lenti