"Qarabağ" bu qiymətə satır

6 Avqust 2022 01:50 Qarabağ 859
"Qarabağ" bu qiymətə satır

Azərbaycan Premyer Liqasının birinci turunda keçiriləcək “Qarabağ” – “Səbail” matçının biletləri bu gün satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat olacaq.

Matça gəlmək istəyən azarkeşlər biletləri Iticket.az-da və "Azersun Arena"nın kassalarında əldə edə biləcək.

Matç saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"