“Qarabağ” üçün TƏHLÜKƏLİ ADAM – DİQQƏTLİ OLUN!

4 İyul 2022 20:00 Qarabağ 1 668
“Qarabağ” üçün TƏHLÜKƏLİ ADAM – DİQQƏTLİ OLUN!

"Lex"lə "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno kömək edəcək. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

Munuera azərbaycanlı futbolsevərlərə heç də tanış sima deyil. İspaniya La Liqasına 2016-cı ildən təyinat alan 39 yaşlı ədalət qoruyucusu 2019-cu ildə FİFA-nın etimadını qazanmağı bacarıb.

Hər nə qədər maraqlı olsa da, o, indiyə qədər Azərbaycan millilərinin və klublarının beynəlxalq matçlarına təyinat almayıb.

Bunun başlıca səbəbi isə ali qurumların ona lazımi dərəcədə etimad göstərməməsidir. Təsəvvür edin, Munuera geridə qalan 3 ildə baş hakim qismində cəmi 13 beynəlxalq görüşə təyinat alıb. Bunlardan 6-sı klub, 7-si milli seviyyəsində alıb.

Əvəzində 34 qarşılaşmada hadisələrə dördüncü hakim kimi müdaxilə etmək tapşırığı alıb.

“Qarabağ”ın Avropa miqyaslı səfər oyunlarında mütəmadi olaraq hakim haqsızlığı ilə üzləşdiyini nəzərə alsaq, təcrübəsiz ispandan ehtiyatlanmaq mütləqdir. Tərslikdən komandada ispan futbolçu da qalmayıb.

Futbolçular meydanda son dərəcə diqqətli olmalı, təxribata uymamalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti