“Qarabağ” nəcib addım atdı: “Allah hamısından razı olsun”

23 May 2022 21:20 Qarabağ 771
“Qarabağ” nəcib addım atdı: “Allah hamısından razı olsun”

“Qarabağ”ın çempionluq münasibəti ilə mükafatlandırma mərasimində xüsusi qonaq iştirak edirdi.

Qarabağ müharibəsində şəhid olmuş “İmarət”in üzvü Məhəmmədəli İbrahimlinin atası Mütəllim İbrahimli klub rəhbərliyi ilə birgə çempionluq kubokunu qaldıranlar sırasında idi.

Hətta çempionluq medallarından biri şəhid atasına təqdim olundu.

Tədbir boyunca “Qarabağ” rəsmilərinin diqqətində olan Mütəllim bəy yaşıl meydanda olduğu zaman boyuncu klub prezidenti Tahir Gözəldən isti münasibət gördü, xeyli söhbətləşdilər.

Şəhid atası Sportinfo.az-ın əməkdaşı ilə ayaqüstü söhbətində “Qarabağ”ın çempionluğundan və keçirdiyi hislərdən söz açdı:

“Qarabağ”ı və qarabağlıları təbrik edirəm. Bu gün bizim üçün qiymətli gündür. “Qarabağ” çempion oldu. Sevincimizin həddi-hüdudu yoxdur.

Dostlar sağ olsun, bizi yaddan çıxarmayıb. Qurban müəllim sağ olsun, bu gün məni də dəvət etdi, gəlib baxdım.

Tahir Gözəldən də Allah razı olsun. Bizim üçün dəyərli adamdır. Şəhid oğlumun xatirəsinə həsr edilən tədbirlərin hamısı ürəyimcə oldu. Allah hamısından razı olsun!”

Məhəmmədəli İbrahimli 13 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı dünyasını dəyişib. Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti