SON DƏQİQƏ: Bunu “Qarabağ” üçün məsləhət bilmədilər

15 May 2022 14:40 Qarabağ 2 431
SON DƏQİQƏ: Bunu “Qarabağ” üçün məsləhət bilmədilər

“Qarabağ” mayın 3-də çempionluğunu rəsmiləşdirdi.

Premyer Liqanın 25-ci turu çərçivəsində “Sabah”la “Azərsun Arena”da baş tutan oyunda 1 xal qazanan ağdamlılar bununda qızıl medalları təmin etdi.

Həmin görüşdən sonra “Zirə” və “Sumqayıt”la üz-üzə gələn “köhlən atlar” rəqiblərini hər iki halda doğma azarkeşləri önündə qəbul edib.

Ağdamlılar bu gün çempion qismində ilk dəfə səfər görüşünə çıxacaq. Dünya futbolunda bu cür hallar zamanı çempion qonaq komanda üçün çempionluq dəhlizi qurulur.

“Qızıl” qazanmış futbolçular alqış sədaları ilə meydana daxil olur. Bu, Azərbaycanda populyar olmasa da, dünya təcrübəsindən yararlanmaq pis olmaz.

Bir neçə gün əvvəl məsələ ilə bağlı klubdan maraqlananda, “dənizçilər”in icraçı direktoru Fərəc Əliyev mövzu ilə bağlı düşündüklərini, lakin yekun qərar verilmədiyini bildirmişdi.

Bu gün yenidən soruşanda, məlum oldu ki, “Səbail” “Qarabağ” üçün çempionluq dəhlizi təşkil etməyəcək. Buna gərək duyulmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?