"Qarabağ"ın vaxtı dəyişdirildi - 15 dəqiqə tez...

25 Yanvar 2022 16:40 Qarabağ 707
"Qarabağ"ın vaxtı dəyişdirildi - 15 dəqiqə tez...

"Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, görüş əvvəlcədən qeyd edildiyi kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.

İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.

"Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir.

Digər Xəbərlər
Xəbər Lenti