 
            Bu gün Premyer Liqada XIII tura start veriləcək.
“Qarabağ” Suraxanıda “Sabah”ı qəbul edəcək. Ağdam təmsilçisi bu qarşılaşmada qalib gəlsə, qış çempionu olacaq.
4 turdur uduzmayan Qurban Qurbanovun komandası digər nəticələrlə də buna nail ola bilər. Lakin bunun üçün turun ikinci gününün nəticələrini gözləməlidir.
“Sabah” isə məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırmaq və liderlərlə fərqi azaltmağa can atacaq.
Sportinfo.az “Qarabağ”ın son məşqindən hazırlanmış video və fotoreportajı təqdim edir:

 
                 
                 
                 
                 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            