Ramil Şeydayev 2 aydır bazada “yatır” – Qurban Qurbanovun məsləhəti ilə

27 Oktyabr 16:00 Qarabağ 4 309
Ramil Şeydayev 2 aydır bazada “yatır” – Qurban Qurbanovun məsləhəti ilə

Millinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev son vaxtlar yaxşı mənada seçilməyə başlayıb.

Yayda Ağdam klubuna qayıdan forvard artıq Konfrans Liqasında 2 dəfə fərqlənib.

“Omoniya” və “Kayrat”la matçlarda sonradan meydana çıxan Şeydayev adını tabloya yazdırmağı bacarıb.

Bu, təsadüfi deyil. Yığmanın üzvü gündəlik idman rejimində ciddi dəyişiklik edib. O, artıq 2 aydır ki, demək olar bazadan kənara çıxmır.

Hər gün məşqdən sonra burada qalan hücumçu saatlarla fərdi çalışır, müxtəlif çatışmazlıqları üzərində işləyir. Şeydayev əksər dostları ilə əlaqələrini “dondurub”, kafe-restoranlardan “ayağını yığışdırıb”.

Ramil bütün bunları Qurban Qurbanovun məsləhəti ilə edib. “Qarabağ”ın baş məşqçisi onunla söhbətləşib, xeyli dəyərli tövsiyələr verib.

Qurbanov Şeydayevə izah edib ki, ondakı potensial böyükdür, sadəcə, özünə diqqəti artırmalı, bütün fikrini futbola yönəltməlidir.

Təcrübəli mütəxəssis Ramili əmin edib ki, o, bütün bunlardan özü üçün nəticə çıxararsa, həmişə dəstək görəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti