Millinin və "Qarabağ"ın "Şah"ına ÇOX PİS XƏBƏR - VİDEO

16 Aprel 2021 19:00 Qarabağ 3 653
Millinin və "Qarabağ"ın "Şah"ına ÇOX PİS XƏBƏR - VİDEO

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.

27 yaşlı qolkiper "Səbail"lə qarşılaşmada rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib.

Başı yarılan qapıçı görüşə davam edə bilməyib. Onun yerinə 30-cu dəqiqədə Emil Balayev meydana daxil olub.

Əsəblərini cilovlaya bilməyən qolkiper birbaşa paltardəyişmə otağına yollanıb. Məhəmmədəliyev daha sonra xəstəxanaya aparılıb.

Beyin silkələnməsi keçirən, aşına və üzünə bir neçə tikiş atılan kiper üçün mövsümü artıq bitmiş saymaq olar. O, 2 ay yaşıl meydanlardan uzaq qalacaq

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"