"Qarabağ"ın hücumçusu: "Yalan deyə bilmərəm, razılaşa bilmədik"

14 Yanvar 2021 00:42 Qarabağ 826
"Qarabağ"ın hücumçusu: "Yalan deyə bilmərəm, razılaşa bilmədik"

"Qarabağ"ın futbolçusu Mahir Emreli Belçika klublarından transfer təklifi alması barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu qol.az-a açıqlamasında sözügedən ölkənin təmsilçiləri ilə danışıqlar apardıqlarını, lakin razılığa gələ bilmədiklərini deyib:

"Bu barədə yalan deyə bilmərəm. Çünki təklif olması ilə bağlı Belçika mətbuatında da, Azərbaycan mediasında da xəbərlər var idi.

Belçika klubu ilə birbaşa mənim aramda əlaqə olmayıb. Amma menecerim arasında danışıqlar gedib. Lakin razılaşa bilməmişik.

Yəni, rəsmi səviyyəyə çatmasa da, danışıqlar olub. Amma ümumiyyətlə, heç bir klubdan hələ rəsmi transfer təklifi gəlməyib".

Mahir Emreli ilə Belçikanın əsas liqa təmsilçiləri ilə yanaşı, "Beşiktaş"ın da maraqlandığı haqda xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda