Xanımı dedi, oğru ilə dalaşdı: "Ölməyə hazır idim"

7 Aprel 15:04 Qalmaqal 189
Xanımı dedi, oğru ilə dalaşdı: "Ölməyə hazır idim"

ABŞ-ın MMA döyüşçüsü Entoni Smitin evinə oğru girib.

Sportinfo.az xəbər verir ki, idmançı oğru ilə 5 dəqiqədən çox dalaşıb, daha sonra polis hadisə yerinə çatıb. Lük Haberman adlı soyğunçu tutulub.

Smit hadisə ilə bağlı bunları söyləyib: “Həyat yoldaşım məni oyatdı və evdə bir adamın olduğunu söylədi. Silahı olub-olmadığını bilmirdim. Məqsədim ailəmi qorumaq idi. Həyat yoldaşım uşaqları otağa saldı və qapıları bağladı”.

İdmançı oğruya qarşı həyatının ən çətin döyüşlərindən birini keçirdiyini vurğulayıb: “Döyüşə qoşuldum, ölməyə hazır idim. Hər zərbə alanda mənimlə döyüşməyə davam edirdi. Gecənin yarısında ağıllı adam silahsız başqa evə girməz”.

Entoni Smit peşəkar karyerasında 32 qələbə qazanıb, 14 dəfə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?