Azarkeşlər vitse-prezidentin evinə hücum etdilər - VİDEO

29 Yanvar 2020 16:33 Qalmaqal 823
Azarkeşlər vitse-prezidentin evinə hücum etdilər - VİDEO

Ötən gecə İngiltərənin şimal-qərbində yerləşən Çeşir qraflığnda “Mançester Yunayted” klubunun vitse-prezidenti və icraçı direktoru Ed Vudvordun evinə silahlı hücum edilib.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın bir qrup azarkeşi vitse-prezidentin yaşadığı evə tərəf fayer, tüstü buraxan fumiqant və boya atıblar. Onlar eyni zamanda “Vudvord ölməlidir!” şüarını səsləndiriblər. Hadisə baş verən zaman evdə Vudvordun özü və ailəsi olmayıb. Azarkeşlər bu məlumatı öyrəndikdən sonra evə hücum təşkil ediblər.

Polis baş verən hadisə ilə bağlı araşdırma aparır. Klub rəsmi saytı vasitəsi ilə baş verən hadisəni təsdiqləyib.

Bir müddət öncə də - İngiltərə kubokunun 1/16 finalında "Tranmer"lə (6:0) qarşılaşmada bəzi azarkeşlər Vudvord ölməlidir" şüarı səsləndirmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!