Olimpiya çempionumuzu udan idmançı cəzalandı - FOTO

2 Dekabr 2019 17:27 Qalmaqal 797
Olimpiya çempionumuzu udan idmançı cəzalandı - FOTO

Dünya Güləş Birliyi sərbəst güləş üzrə 4 qat dünya və Olimpiya çempionu Abdulrəşid Sadullayevi 4 aylıq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 23 yaşlı idmançının 14-22 sentyabr tarixində Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatının mükafatlandırma mərasiminə Şeyx Şamilin portreti olan futbolkada çıxması səbəb olub.

97 kq çəki dərəcəsində finalda Azərbaycanın olimpiya çempionu Şərif Şərifovu məğlub edərək mundialın qızıl medalını qazanan Sadullayevin bu hərəkəti siyasi və dini baxışlarını ifadə etmək kimi qəbul edilib. Cəza gələn ilin yanvarın 21-nə qədər qüvvədədir. Dağıstanlı pəhləvan eyni zamanda pul cəriməsinə də məruz qalıb.

Geyiminin heç bir məqsəd daşımadığını bildirən idmançı buna görə üzr istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”