Baş məşqçi və futbolçuların hamısını qovacaq - ŞOK qərar!

11 Noyabr 2019 20:43 Qalmaqal 1 050
Baş məşqçi və futbolçuların hamısını qovacaq - ŞOK qərar!

"Napoli"nin prezidenti Aurelio De Laurentis şok qərarın astanasındadır.

Sportinfo.az xəbər verir ki, 70 yaşlı biznesmen Neapol klubunun baş məşqçisi Karlo Ançelotti ilə yanaşı, bütün futbolçuları da komandadan qovmağa hazırlaşır.

İş adamının bu barədə hüquqşünasla ətraflı müzakirə apardığı və artıq qərar verdiyi iddia olunur. İtaliya mətbuatının yazdığına görə, klub prezidenti "Napoli"ni tamamilə yeniləyəcək.

Xatırladaq ki, rəhbərliklə-məşqçi-futbolçular arasında bir müddət əvvəl baş qaldıran narazılığın səbəbi De Laurentisin komanda üzvlərinə bazadan çıxmamaq tapşırığı verməsi idi. Klub prezidenti eyni zamanda baş məşqçi Karlo Ançelottiyə irad bildirmişdi ki, artıq hörmətdən düşüb, futbolçulara sözünü keçirə bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”