AFFA-da qalmaqal - Ramazanovla təlimatçı yumruq döyüşünə çıxdı

7 Noyabr 2019 10:46 Qalmaqal 1 335
AFFA-da qalmaqal - Ramazanovla təlimatçı yumruq döyüşünə çıxdı

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun II modulu keçirilir. Kursda 8 məşqçi iştirak edir. İlk kurs Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və İlkin Hüseynovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə təşkil olunub..

Məşqçilər bu modulda UEFA-nın tələblərinə əsasən, Belarusda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin oyunlarını analiz edib.

Kursun növbəti modulu hazırda Bakıda keçirilir. Sportinfo.az-ın məlumatına görə, son seminarda əsl qalmaqal baş verib. Belə ki, kateqoriya almaq istəyənlər arasında yer alan Zaur Ramazanovla Osman Rəhimovun sözü çəp gəlib.

Sonuncu millinin sabiq üzvünə Belarus səfəriylə bağlı irad tutub. Demə, Ramazanov Minskdə olarkən oyunları izləməkdən imtina eləyib və stadiona getməyib. Bu dəfə isə ondan həmin qarşılaşmalarla bağlı hesabat yazması istənilib.

Zaur isə yazı-pozuyla arasının olmadığını deyərək, tələbi yerinə yetirməyib. Belədə Rəhimov onunla sərt dillə danışmağa başlayıb ki, bu da veteran futbolçunu özündən çıxarıb.

Təlimatçı ona "sən B kateqoriyasını necə almısan, mən hələ də baş açmıram. Heç adını yaza bilmirsən, imtahandan da keçməmisən" deyincə, aldığı cavab bu olub: "Elxan Məmmədov mənə deyib ki, get, otur orda, başqa işin olmasın. İndi sən kimsən ki, mənimlə belə danışırsan".

Mübahisə əlbəyaxa dava səviyyəsinə qalxıb. Aslan Kərimov və digərləri bir-birlərini təhqir edən və vurmaq istəyən tərəfləri güclə sakitləşdirib və günlük seminara vaxtından əvvəl yekun vurulub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!