SON DƏQİQƏ! Azərbaycanda klub prezidenti saxlanıldı - FOTO

15 Fevral 14:00 Qalmaqal 2 582
SON DƏQİQƏ! Azərbaycanda klub prezidenti saxlanıldı - FOTO

Azərbaycanda klub prezidenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bu şəxs «İrəvan»ın rəhbəri Zahid Niyazəliyevdir.

I Liqada mübarizə aparan komandanın başçısı istintaqa cəlb olunub. Onun kimin iddia ərizəsi, yaxud təqsirləndirilən şəxs və ya şahid qismində sorğu-sual edildiyi hələlik bilinmir.

Klub prezidenti: "Heç bir maliyyə problemimiz yoxdur və ola da bilməz"

Bəlli olan budur ki, Z.Niyazəliyev komandanın son bir neçə məşqində iştirak etməyib. Onunla əlaqə saxlamağa cəhd göstərilsə də, bu, mümkün olmayıb.

Aşağı liqada debüt mövsümünü keçirən klubun prezidentinin adı son 6-7 ayda daim müxtəlif qalmaqallarda hallanıb. Futbolçular onun tərəfindən aldadılması iddiası ilə mediada davamlı çıxışlar edib.

Belə ki, şirnikləndirici vədlərlə «İrəvan»a gətirilən oyunçular müqavilə öhdəliklərinin yerinə yetirilməməsini mətbuata açıqlayıb. Nəticədə komandanı 15-ə yaxın adam tərk eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti