COP29

Azərbaycanda klub rəhbəri söz verir, borcunu vermir - PROBLEM

14 Avqust 2023 14:00 Qalmaqal 885
Azərbaycanda klub rəhbəri söz verir, borcunu vermir - PROBLEM

İki ilə yaxındır tikintisi aparılan «Kəpəz» Futbol Akademiyası hələ istifadəyə verilməyib.

Baxmayaraq ki, əsas işlər çoxdan görülüb qurtarıb. Qalıb binanın avadanlıqlarla təhcizatı və daha bir neçə xırda-para məsələlər.

Açılış, əslində, hələ martda olmalı idi. Aradan 6 ay vaxt keçməsinə rəğmən, müəyyən səbəblərdən proses yubanır.

Bu, AFFA ilə «Kəpəz» rəhbərliyi arasında problemlərin olmasından xəbər verir.

Yoxsa federasiya onun vəsaiti hesabına tikilən akademiyanın vaxtında öz qapılarını uşaq və yeniyetmələrin üzünə açılmasını niyə istəməsin ki?

Kim bilir, İlqar Nadiri yenə nə hoqqa verib və qurum bundan duyuq düşüb. Klubun İdarə Heyətindən narazı kəsim yalnız AFFA-da əyləşənlər deyil.

İnşaatda iştirak etmiş personal da ondan şikayətçidir. Belə ki, onlar çalışdıqları aylar üzrə vəd olunan əməkhaqqını ala bilməyiblər.

Nəticədə «Kəpəz»in yerli işçi heyətinə bir neçə aylıq borcu yığılıb qalıb.

Dəfələrlə müraciət etmələrinə baxmayaraq, İ.Nadiri hər dəfə müxtəlif bəhanələr gətirərək, ödəmələri gecikdirir.

Naəlac qalan fəhlələr AFFA-ya başına gələnlər barədə məlumat verib, problemin həllində köməklik göstərmələrini istəyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?