“Neftçi”, “Zaqatala” və “Kəpəz” arzusuna çatdı

5 Aprel 2023 00:40 Qalmaqal 6 328
“Neftçi”,  “Zaqatala” və “Kəpəz” arzusuna çatdı

I Divizionda 23-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.

“Kəpəz-2” səfərdə “Səbail”in əvəzedicilərini minimal hesabla üstələyib. “Zaqatala” “İmişli”ni, “Neftçi-2” isə “Şamaxı-2”-ni doğma meydanda məğlub etməyi bacarıb.

"Səbail-2" – "Kəpəz-2" 1:2
Qol
: Bəşir Ayralov, 70 – Fərid Məmmədov, 2. Elnur Cəfərov, 20.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Asiman Əzizli, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”

"Zaqatala" – "İmişli" 3:1
Qol
: Elnur İbrahimov, 10. Bəhruz Teymurov, 40. Rəhman Şabanov, 68 – Tolqar Yaqubov, 58.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Anar Bədəlov, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala OİK stadionu

"Neftçi-2" – "Şamaxı-2" 3:1
Qol
: Həbib İsmayılov, 7. Aqşin Abazərov, 12. Elşad Tağıyev, 22-pen. – Sadiq Hüseynli, 9.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança)

5 aprel

"Araz Naxçıvan" – "Qəbələ-2"
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublika stadionu, 13:00.

MOİK – "Turan Tovuz-2"
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
Binə qəsəbə stadionu, 15:00.

"Sumqayıt-2" – "Qaradağ Lökbatan"
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, Ruslan Quliyev, Murad Səlimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:30.

"Mingəçevir" – "Zirə-2"
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Emin Cəfərov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi