“Hazırda sponsorlarla danışıqlar gedir” – Yeni klubdan AÇIQLAMA

14 Dekabr 2022 17:40 Qalmaqal 24 494
“Hazırda sponsorlarla danışıqlar gedir” – Yeni klubdan AÇIQLAMA

“Lerik”PFK yeni sponsorlarla anlaşmağa yaxındır.

Bu barədə klubdan Sportinfo.az-a bildirilib.

Verilən məlumatda qeyd olunub: “İşlərimiz qaydasındadır, hazırda sponsorlarla danışıqlar gedir”.

Region Liqasında debüt edən “Lerik” xoş xəbər alıb. Yarışın cənub zonasında mübarizə aparan kluba rayonun deputatları tərəfindən dəstək gəlib.

Belə ki, millət vəkilləri yeni yaradılan komandaya maddi-mənəvi dəstək verəcəklərini bildiriblər. “Lerik”in inkişafi ilə bağlı hazırlanmış stretegiya parlamentarilərin ürəyincə olub.

Rayonun Milli Məclisdəki təmsilçiləri klubun böyüməsi istiqamətində addımlar atacaqlar:

“Yaxınlarda bununla bağlı geniş açıqlama verəcəyik. Eyni zamanda, yerli İcra Hakimiyyəti bu prosesdə bizə dəstəkdir.

Rayonun millət vəkili də gedişdə bizə dəstək olacağını bildirib. Ona görə yaxınlarda işlərimizin tam istədiyimiz kimi gedəcəyini düşünürük.

İndiki halda komandada ab-hava çox yaxşıdır. Hər kəs tam qüvvəsi ilə əlindən gələni edir - həm futbolçular, həm də İdarə Heyəti”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!