Xaqani Məmmədovdan AFFA-nın onun yerinə gətirdiyi şəxs haqda SƏRT SÖZLƏR

21 Dekabr 2020 22:40 Qalmaqal 4 400
Xaqani Məmmədovdan AFFA-nın onun yerinə gətirdiyi şəxs haqda SƏRT SÖZLƏR

AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov Fritz Stuxliki tənqid edib.

O, İdman TV-də yayımlanan «Mərkəz xətti» verlişində avstriyalı funksionerin hakimlər arasında ayrı-seçkilik hallarına yol verməsindən danışıb.

Elçin Məsiyevin Rəhim Həsənovun əvəzinə FİFA referisi adına layiq görülməsini düzgün saymayan X.Məmmədov deyib:

«Bu, son illərdə çox bəlalı problemə çevrilib. Doğrudan da, mətbuat demir, mən demirəm. Bunu artıq ötən turdan hakimlər üsyan ediblər.

Yəni yeni gələn rəhbərin öz sevimli hakimləri var. Onlar kor-koranə irəli çəkilir. Bu da təcrübəli FİFA hakimlərinə pis təsir edir.

Bir yox, bir neçə nəfər var ki, rəhbərin onlara qarşı xoş münasibəti var. Bilmirəm, bu hardan qaynaqlanır, niyə baş verir.

Tək bir nəfər yox, bir neçə nəfərdi. Götürək gələn ildən FİFA hakimliyi dərəcəsi daşıyacaq Elçin Məsiyevi.

Fikirlərşirəm ki, o, hələ hazır deyil bu adı daşımağa, Azərbaycanı hardasa təmsil etməyə. Eşitdiyimə görə, rəhbərin sevimli kadrlarından biridir».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti