Futbol adamları küçəyə atıldı – İki nəfərin qarşıdurmasına görə

6 Dekabr 2020 16:00 Qalmaqal 2 128
Futbol adamları küçəyə atıldı – İki nəfərin qarşıdurmasına görə

Azərbaycan Futbol Veteranları İttifaqının nəzdində yaradılan Gənc Veteranlar Şurası fəaliyyətini dayandırıb.

Buna səbəb AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla İttifaqın sədri Oqtay Abdullayev arasında yaranan problemdir.

İkincinin federasiyanın həm klublar, həm də milli ilə bağlı işini kəskin tənqid etməsi Məmmədovun xoşuna gəlməyib. Abdullayevin bu yöndə mətbuatda səsləndirdiyi fikirlərə cavab olaraq, o, belə bir addım atıb.

Şura üzvləri onlar üçün ayrılan məkandan (bazadan) çıxarılıb, otaqların qapısına qıfıl vurulub, üstəlik, aylıq ödəmələr dayandırılıb. Bəzi veteranlar Abdullayevə icraçı vitse-prezidentlə görüşməyi təklif etsə də, razılaşmayıb.

Sədr söylədiyi fikirlərin arxasında dayandığını və heç birini geri götürməyəcəyini bildirib. O, Məmmədovdan üzr istəməyi və barışıq üçün AFFA-ya getməyi ağlının ucundan keçirmədiyini də söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti