Hafiz Məmmədov "Bakı"nın bazasını geri almaq istəyir

21 Dekabr 2020 13:00 Qalmaqal 3 892
Hafiz Məmmədov "Bakı"nın bazasını geri almaq istəyir

«Bakı»FK-nın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən keçmiş bazası ətrafında araşdırmalar yenidən başlayıb.

Sportinfo.az-ın məlumatına görə, bu, fəaliyyətini dayandırmış klubun prezidenti Hafiz Məmmədov bununla bağlı hüquq-mühafizə orqanlarına müraciəti əsasında gerçəkləşib.

Belə ki, o, keçmiş «Delfin»MMC-yə məxsus torpaq sahəsində inşa etdirdiyi futbol kompleksinin buranı satın alan başqa şirkət tərəfindən dağıdılmasının qanunsuz olması haqda iddia qaldırıb. Çünki

“Delfin” MMC 2 il öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında həmin əraziyə sahiblənib və stadionun sökülməsinə qərar verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız keçmiş “Delfin” hotelinin, keçmiş Qolf Federasiyası və məşhur “Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə tanıyıb.

Artıq bu proses başa çatıb. Onunla yanaşı, keçmiş təlim-məşq bazası tamamilə sökülüb və beləliklə, paytaxtın ən böyük futbol infrastrukturunun profili dəyişib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bazanın yerində yaşayış massivinin salınmasına razılıq verməyib. Tikinti yalnız ətraf ərazidə apara bilər.

Lakin ərazinin yeni sahibi olan Türkiyə şirkəti məhkəmə qərarıyla saxlanca verilən bazanın daşnı daş üstüdə qoymayıb, nə varsa, hamısını yerlə bir edib.

Halbuki H.Məmmədov buranın inşasına 30 milyon manata yaxın vəsait yatırıb. Keçmiş iş adamı buranın ondan icazəsiz sökülməsini bildirib və oranın geri qaytarılmasıyla yanaşı, indi ona dəymiş maddi-mənəvi zərərin ödənilməsini tələb edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!